Rusiya Azərbaycanın KTMT-yə üzv olmasını istəyir

 Rusiya Azərbaycanın KTMT-yə üzv olmasını istəyir
  26 Oktyabr 2018    Oxunub:1402
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, rusiyalı deputat Bakıda jurnalistlərə açıqlamasında qeyd edib ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır:

"Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib, günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə təsir edir".

Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi fikirlərə münasibət bildirən Savelyev vurğulayıb ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir:" Hesab edirəm ki, biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Duma   Rusiya   Savelyev  





Xəbər lenti