Deputatlarımız Gürcüstanda seçkiləri müşahidə edəcək

Deputatlarımız Gürcüstanda seçkiləri müşahidə edəcək
  26 Oktyabr 2018    Oxunub:2205
Milli Məclisin deputatı Əli Məsimli Gürcüstanda prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 27-dən 30-dək Tbilisi şəhərində səfərdə olacaq.
Milli Məclisdən Azvision.az-a verilən məlumata görə, seçkilərə GUAM Parlament Assambleyasının xətti ilə qatılan deputatımız Tbilisi şəhərindəki müxtəlif seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaq.

Milli Məclisin digər deputatı Musa Quliyev də oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq, QDİƏT Parlament Məclisinin xətti ilə müşahidəçi qismində oktyabrın 28-də keçiriləcək Gürcüstan prezidenti seçkilərinin gedişini izləyəcək.

Seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.

Səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyasının üzvləri ilə birgə Gürcüstan MSK-nın təmsilçiləri ilə görüşəcək. Seçki başa çatdıqdan sonra brifinqdə iştirak edəcək.

Azvision.az


Teqlər: Deputat   Seçki   Gürcüstan  





Xəbər lenti