BŞİH: Küləkli havadan sui-istifadə edənlər var

  BŞİH:  Küləkli havadan sui-istifadə edənlər var
  27 Oktyabr 2018    Oxunub:1426
Bakıda müşahidə edilən güclü külək bəhanəsiylə ağacların qəsdən məhv edilməsi faktları aşkarlanıb.
Azvision.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, şəhər sakinləri arasında ağacları bilərəkdən kökündən çıxaranlar da var.

BŞİH rəsmisi hazırda həmin faktların dəqiqləşdirildiyini deyib: "Çox təəssüf ki, belə havadan sui-istifadə edənlər də olur. Bəziləri qəsdən obyektlərin qarşısında olan ağacları aşırır və sonra da deyirlər ki, gecə külək sındırıb. Əslində isə həmin ağac onların öz maraqlarına uyğun olmadığı üçün bu hərəkəti ediblər".

Qeyd edək ki, ötən gündən bəri şəhərin müxtəlif yerlərində 60-a yaxın ağacın aşması barədə müraciət daxil olub. Müraciətlər daha çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarından daxıl olub.

Azvision.az



Teqlər: BŞİH  





Xəbər lenti