Qaxda top mərmisi aşkar olunub

Qaxda top mərmisi aşkar olunub
  27 Oktyabr 2018    Oxunub:1496
Oktyabrın 26-da saat 15:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 15:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qax rayonu Cəlayir kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Azvision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol xəttinin yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 115 mm-lik top mərmisi (BM-6) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Qax   Mərmi  





Xəbər lenti