Taksilər üçün xüsusi məntəqələr yaradılıb

Taksilər üçün xüsusi məntəqələr yaradılıb
  27 Oktyabr 2018    Oxunub:1222
"Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında qeyd olunub.

Bildirib ki, bunu etməkdə əsas məqsəd ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.



Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır.



Qeyd olunub ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.



Azvision.az


Teqlər: Takis   BNA  





Xəbər lenti