Qaçırıldığı iddia edilən məktəbli qız "tapıldı"

 Qaçırıldığı iddia edilən məktəbli qız "tapıldı"
  29 Oktyabr 2018    Oxunub:1994
Bakı şəhəri Qaradağ rayonunda yerləşən 319 nömrəli tam orta məktəbdən qaçırıldığı iddia edilən şagirdlə bağlı rəsmi açıqlama verilib. Məktəbdən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mikayılova Xatun Kamran qızı 10 a sinif şagirdidir.
“Məsələ ilə bağlı şagirdin anası ilə əlaqə saxlanılıb, onun hazırda evdə olduğu bildirilib. Həmçinin valideyn qızın 2 gün xəstə olduğu üçün dərsə getmədiyini qeyd edib”.

Qeyd edək ki, bu gün bəzi yerli KİV-lərdə 15 yaşlı X. Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə qaçırılması haqqında məlumatlar yayılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti