Cəbhədə düşmən təxribatı davam edir

Cəbhədə düşmən təxribatı davam edir
  30 Oktyabr 2018    Oxunub:1696
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azvision.az



Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti