Qərargah: Sürüşmə zonasında çatların ölçüsü artıb

 Qərargah:  Sürüşmə zonasında çatların ölçüsü artıb
  30 Oktyabr 2018    Oxunub:977
Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Azvision.az



Teqlər: ETSN   Sürüşmə   Badamdar  





Xəbər lenti