Dövlət qulluğu qaydalarını pozanlar cəzalandırılacaq

Dövlət qulluğu qaydalarını pozanlar cəzalandırılacaq
  30 Oktyabr 2018    Oxunub:1167
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərini pozanlar cərimələnəcəklər.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilir.

Maddəyə əsasən, “Dövlət Qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Cərimə   Layihə  





Xəbər lenti