Azərbaycanda 14 ildə 900-ə yaxın insan alveri qurbanı aşkarlanıb

Azərbaycanda 14 ildə 900-ə yaxın insan alveri qurbanı aşkarlanıb
  30 Oktyabr 2018    Oxunub:1754
"Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlandığı 2004-cü ildən indiyənə qədər görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə qurban aşkarlanıb və 538 şəxs məhkəmə məsuliyyətinə verilib"
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

General-mayor bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır.

Onun sözlərinə görə, bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir. H.Heydərov qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: General   Heydər-Heydərov  





Xəbər lenti