Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir
  30 Oktyabr 2018    Oxunub:979
Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilir.
Azvision.az xəbər verir ki, tədbirdə AOA-nun üzvü olan xarici ölkələrin ombudsmanları, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasın açılış mərasimində çıxış edən Azərbaycan ombudsmanı Elmira Süleymanova qonaqlara ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb. Tədbirin məqsədi barədə ətraflı məlumat verib.

O, bildirib ki, Azərbaycan dövlətinin siyasətində insan hüquqları prioritet məsələlərdən biridir: "Ölkədə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib. Azərbaycan ombudsmanı hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür".

Daha sonra birinci sessiyada Şuranın ötən ilin fəaliyyətinin yekun hesabatı dinlənilib və növbəti illərə dair fəaliyyət istiqamətləri müzakirə edilib. İkinci sessiyada interaktiv müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti