Ötən il gənclərin 9,2 faizi işsiz olub

Ötən il gənclərin 9,2 faizi işsiz olub
  30 Oktyabr 2018    Oxunub:1622
"Azərbaycanda gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılsa da, gənclər arasında işsizlik göstəricisi orta göstəricidən 2 dəfə yüksəkdir"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, 2017-ci ildə ölkədə işsiz gənclər 9,2 faiz olub. "Bu göstərici qadınlar arasında 11 faizdir. Dünyada 70 milyona yaxın gənc işsizdir, hər 5 gəncin biri məşğulluq sahəsində təmsil olunmur".

Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq proqramının icrası ilə bağlı 2018-ci ildə 36 milyon manat vəsait sərf ediləcək. "Artıq 7800 şəxs bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanılıb. 6530 şəxs biznes planını təsdiqləyib. Bunun 70 faizi aqrar sahədə olan biznes planlardır, əsasən maldarlıq, quşçuluq, baxçılıq, bitkiliklə bağlı proqramlardır. İlin sonuna proses yekunlaşdırılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: İdris-İsayev  





Xəbər lenti