Səbailin yeni icra başçısı kimdir? - DOSYE

 Səbailin yeni icra başçısı kimdir? -  DOSYE
  30 Oktyabr 2018    Oxunub:10835
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakının Səbail rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamı ilə Vüqar Teyyub oğlu Zeynalov icra başçısı postuna təyinat alıb.

Azvision.az xəbər verir ki, V.Zeynalov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
O, müxtəlif vaxtlarda özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb.

2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib. 2015-ci ilin 28 dekabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub və bu günədək həmin vəzifədə fəaliyyətini davam etdirib.

Azvision.az



Teqlər: Səbail   İcra-Başçısı  





Xəbər lenti