“Deputatlar var ki, illərlə parlamentdə çıxış etmirlər” - Musa Quliyev
Deputat qeyd edib ki, Milli Məclis xalqın seçdiyi bir orqandır: “Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməmək elə buradan görünür. Parlamentin İntizam komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onun seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə? Bunu pis niyyətlə demirəm. Yaxşı olar ki, bu, beynəlxalq ekspertizaya verilsin, onların rəyi alınsın".
M.Quliyevin fikrincə, Milli Məclisin işini yaxşılaşdırmaq istəyiriksə, müzakirələrə daha çox imkan yaradılmalıdır: "Hər kəsə hörmətim var, amma deputatlar var ki, aylarla, illərlə parlamentdə çıxış etmirlər, seçicini təmsil etmirlər, biz buna bir söz demirik, amma deputatın iclasda 3 dəfə iştirak etməməsinə mandatı alınır. İllərlə iclaslarda olsun, çıxış etməsin, fəaliyyət göstərməsin, təklif verməsin, qanun yazmasın - bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək? Biz deputatların statusunu artırmaq barədə düşünməliyik".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Deputat