Düşmən 10 ayda atəşkəsi 28 040 dəfə pozub

 Düşmən 10 ayda atəşkəsi 28 040 dəfə pozub
  31 Oktyabr 2018    Oxunub:1643
Ermənistan silahlı qüvvələri oktyabr ayında atəşkəs rejimini 914 dəfə pozub.

AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, oktyabr ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, iriçaplı istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu ilin ilk 10 ayı ərzində atəşkəs rejimini 28 040 dəfə pozub. Düşmən tərəfi cəbhənin müxtəlif istiqamətlərində iriçaplı snayper tüfənglərində, pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə yanvarda 3808, fevralda 3423, martda 3146, apreldə 2873, mayda 2902, iyunda 2735, iyulda 2883, avqustda 2653, sentyabrda 2703, oktyabr ayında isə 914 dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti