Təhsil İdarəsinə bir ayda 7 min müraciət edilib
Vətəndaşların Qəbulu Mərkəzində 2.588 sənəd (vətəndaşlar tərəfindən 581 ərizə, Təhsil Nazirliyindən 439, digər qurumlardan 298, məktəblərdən 1.106 məktub, 60 strukturdaxili yazışma və 104 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 353 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
Qeyd edək ki, oktyabr ayında, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 4 rayonu (Xəzər, Pirallahı, Nizami və Nərimanov) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.
Azvision.az
Teqlər: BŞTİ