Sahil Babayev Şəmkirdə qəbul keçirəcək

Sahil Babayev Şəmkirdə qəbul keçirəcək
  01 Noyabr 2018    Oxunub:1901
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 16-da Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a bildiriblər ki, qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Həmin rayonların sakinləri ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya “142-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 14-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti