"Azəriqaz" məcburi köçkünləri sevindirdi

"Azəriqaz" məcburi köçkünləri sevindirdi
  01 Noyabr 2018    Oxunub:1283
Noyabrın 1-də Ağdam rayonunun Mirzələr qış otlağı ərazisində və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verilib.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az-a verilən məlumata görə, ümumilikdə 388 fərdi evdən ibarət qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 072 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti