İcazəsiz ova cəhd edən şəxs cərimələnib

İcazəsiz ova cəhd edən şəxs cərimələnib
  02 Noyabr 2018    Oxunub:1497
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Hacıqabul rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Azvision.az



Teqlər: ETSN   Cərimə  





Xəbər lenti