Qusarda üç dövlət qurumunun rəhbəri müşavirə keçirdi - FOTOLAR
Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icra vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bilmələri üçün yaradılmış şəraitlə tanış olunub, bunun Azərbaycan Respublikası vətəndaşlarının və əcnəbilərin sərhədkeçmə prosedurları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi addım olması qeyd edilib.
Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında imzalanmış Sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.
Azvision.az