Milli Məclisdə mübahisə düşdü

Milli Məclisdə mübahisə düşdü
  02 Noyabr 2018    Oxunub:3633
Milli Məclisin bu gün keçirilən plenar iclasında mübahisə düşüb.

Azvision.az xəbər verir ki, mübahisə deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib. Belə ki, o, çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” deyə replika atıb.
Z.Oruc cavabında deyib: “Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti