Spikerdən yeni hakimlərə tövsiyə

Spikerdən yeni hakimlərə tövsiyə
  02 Noyabr 2018    Oxunub:1143
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov yeni təyin edilən məhkəmə hakimlərinə ədalətli olmağı tövsiyə edib.
Azvision.az-ın məlumatına görə, O.Əsədov deyib ki, insanlar hakimlərdən razı qalmalıdırlar.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsinə baxılıb, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Oqtay-Əsədov   Hakim  





Xəbər lenti