Ziyafət Əsgərov komitə sədrinə etirazını bildirib

Ziyafət Əsgərov komitə sədrinə etirazını bildirib
  02 Noyabr 2018    Oxunub:1772
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov teatr və filmlərdə siqaretə qarşı məhdudlaşdırmanın aradan qaldırılması təkliflərinə cavab verib.
Azvision.az-ın məlumatına görə, Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlər yığışdırılıb.

Onun sözlərinə görə, Rusiya Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaretlər yığışdırılsın, mövcud fimlərdə də üzərinə “kölgə” salınsın.

Z.Əsgərov Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: “Deyirsiniz ki, teatr və televiziya tamaşasında siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var. Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüquqi rolu” mövzusunda namizədlik dissertasiyası etsinlər, baxaq görək, doğrudan da nə isə var...”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ziyafət-Əsgərov   Milli-Məclis  





Xəbər lenti