Zakir Həsənov həmsədrlərlə cəbhədəki vəziyyəti müzakirə edib

 Zakir Həsənov həmsədrlərlə cəbhədəki vəziyyəti müzakirə edib
  02 Noyabr 2018    Oxunub:1285
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

Azvision.az


Teqlər: ATƏT   Cəbhə   MN  





Xəbər lenti