MSK-lar arasında memorandum imzalanıb - FOTOLAR

MSK-lar arasında memorandum imzalanıb -  FOTOLAR
  02 Noyabr 2018    Oxunub:1577
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, konfransda iştirak edən MSK sədri Məzahir Pənahov səfər çərçivəsində Qazaxıstanlı həmkarı ilə yanaşı, bir sıra ölkələrin seçki idarəetmə qurumlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirib, seçkilərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.



Noyabrın 2-də Astanada Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyası adından sədr Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyası adından sədr Berik İmaşev imzalayıblar.



Anlaşma Memorandumu bütün sahələrdə əlaqələri ilbəil genişlənən Azərbaycan və Qazaxıstanın ali seçki qurumları arasında da münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Azvision.az


Teqlər: Qazaxıstan   MSK   Seçki  





Xəbər lenti