40 yaşlı nazir müavini - Vüsal Nəsirli kimdir?

40 yaşlı nazir müavini -  Vüsal Nəsirli kimdir?
  02 Noyabr 2018    Oxunub:28733
Xəbər verdiyimiz kimi, oktyabrın 31-də Prezident İlham Əliyevinin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Azvision.az 40 yaşlı nazir müavini ilə bağlı məlumatlar əldə edib.

Bildirək ki, V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, yerli KİV-də Vüsal Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olması barədə məlumatlar yayılsa da, xəbər öz təsdiqini tapmayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Nazir-müavini   ƏƏSMN  





Xəbər lenti