Dünən 125 cinayət törədilib, 31 nəfər saxlanılıb

 Dünən 125 cinayət törədilib,  31 nəfər saxlanılıb
  03 Noyabr 2018    Oxunub:1168
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   cinayət  





Xəbər lenti