Gömrükdən qanunsuz qızıl keçirmək istədi

Gömrükdən qanunsuz qızıl keçirmək istədi
  03 Noyabr 2018    Oxunub:1637
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Komitədən Azvision.az-a verilən məlumata görə, qadın sərnişin keçid xəttində metal axtaran qurğudan keçərkən avadanlıq xəbəredici siqnal verib. Vətəndaş elektron və sadələşdirilmiş bəyənnamə təqdim etmədiyindən onunla şifahi sorğu-sual aparılıb. Bu zaman o, üzərində gizlədilmiş və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin aparılan şəxsi yoxlama zamanı vətəndaşın sinə nahiyəsində gizlətdiyi parça pul kisəsinin içərisindən, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 64 qram qızıl zərgərlik məmulatları-1 ədəd qızıl boyunbağı, bir ədəd qolbaq, biri böyük, digəri isə orta ölçülü olmaqla 2 ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: Gömrük   Qızıl  





Xəbər lenti