Nazir ÜST-ün rəsmisi ilə görüşdü

Nazir ÜST-ün rəsmisi ilə görüşdü
  03 Noyabr 2018    Oxunub:1330
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmanci ilə görüş olub.
ƏƏSMN-dən Azvision.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qarşısının alınmasının, fiziki məhdudiyyətli insanların sağlamlığının bərpasının ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Nazir Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı nəticəsində respublikada bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi, bu sahədə infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində aparılan işləri diqqətə çatdırıb.



S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sistemdə mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi, reabilitasiya sisteminin əlilliyi olan şəxslərin fəal həyata dönüşünə təminat verə bilən istiqamətdə qurulması üçün aparılan islahatlar barədə məlumat verib. Nazir bu fəaliyyət müstəvisində ÜST ilə əməkdaşlığın önəmini vurğulayıb.

H.Harmanci təmsil etdiyi təşkilatın ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsinə istinad olunmaqla təkmil əsaslar üzərində qurulmasında dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.



Azvision.az


Teqlər: ƏƏSMN   Nazir  





Xəbər lenti