Müdafiə naziri hərbi obyektlərə baxış keçirib - FOTOLAR

 Müdafiə naziri hərbi obyektlərə baxış keçirib -  FOTOLAR
  03 Noyabr 2018    Oxunub:2265
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər.



Müdafiə naziri inşaat işlərinin gedişini yoxlayıb və müvafiq tapşırıqlar verib. Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.








Azvision.az


Teqlər: MN   Hərbi-Hissə  





Xəbər lenti