Xəzinənin üstündə yaşayan kasıb ailə: “Bir tikə çörəyə möhtacıq” (FOTO)

Xəzinənin üstündə yaşayan kasıb ailə:  “Bir tikə çörəyə möhtacıq” (FOTO)
  04 Noyabr 2018    Oxunub:17703
Türkiyənin Çalabaş kəndində yaşayan 66 yaşlı Mikayıl Gökçə ona aid torpaq sahəsində xəzinə olduğunu bildirib.

Azvision.az xəbər verir ki, yerli sakin xəzinənin üstündə yaşadığını, lakin yeməyə çörək tapa bilmədiyini deyib.


"Mən kasıb insanam. Xəzinənin üzərində gəzirəm, yaşayıram. Amma bir tikə çörəyə möhtacam. Xəzinənin çıxarılması üçün dövlət qurumlarına müraciət etsəm də, mənə müsbət cavab verilməyib. Xahiş edirəm, mənə kömək etsinlər, xəzinəni çıxaraq, səfalətdən xilas olum".



Onun sözlərinə görə, sahini olduğu torpaq sahəsində 13 metr dərinlikdə 3 otaqdan ibarət qədimi tikili yerləşir. Gökçə hesab edir ki, 400 il əvvələ aid olan tikilidə qızıl külçələr, xeyli sayda zinət əşyaları var.



Azvision.az


Teqlər: Türkiyə   Xəzinə  





Xəbər lenti