Məmurdan nümunəvi addım - Öz qohumunu kabinetindən qovdu

  Məmurdan nümunəvi addım  - Öz qohumunu kabinetindən qovdu
  05 Noyabr 2018    Oxunub:5265
Türkiyədə yüksək vəzifə daşıyan məmur hamını təəccübləndirən addım atıb.
Azvision.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay vəzifəyə yeni təyin olunarkən onu təbrik etməyə gələn qohumuna qəzəblənib.

Belə ki, Oktayın vəzifə aldığını eşidən qohumlarından biri onunla görüşərək maddi imkanlarını artırmaq üçün imtiyaz istəyib. F.Oktay fürsətcil qohumunu dərhal kabinetindən qovub. Bununla da o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək niyyətində olmadığını nümayiş etdirib.

Qeyd olunan hadisə Türkiyə mətbuatında geniş əks-səda doğurub. Fuad Oktayın bu davranışının digər məmurlara nümunə olduğu vurğulanıb.

Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti