“ABŞ çökür, bunu hamı bilsin” - Xameneyi

 “ABŞ çökür, bunu hamı bilsin” -  Xameneyi
  05 Noyabr 2018    Oxunub:3969
"ABŞ çöküşə doğru gedir. Bunu hər kəs bilsin"

Azvision.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneyi deyib. Ölkəsinə qarşı tətbiq edilən sanksiyalardan danışan Xameneyi ABŞ-ın niyyətinə çatmadığını bildirib.
"Amerika ilə İran arasında 40 ildir problem mövcuddur. Bu müddət ərzində ABŞ İranı, ölkə iqtisadiyyatını çökdürmək, məhv etmək istəyirdi. Amma planları baş tutmadı. İran sonadək mübarizə apardı və sınaqdan uğurla çıxdı. İtirən tərəf yenə ABŞ oldu. Nəticə ABŞ-ın hədəflərinin tam əksi oldu", - deyə ali dini lider vurğulayıb.

Xameneyinin sözlərinə görə, Trampın hər addımı dünyada etirazla qarşılanır. O, qeyd edib ki, Vaşinqtonun iqtisadi və hərbi gücü getdikcə zəifləyir.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti