İcbari tibbi sığorta ilə bağlı təkliflərə hökumətdə baxılır

 İcbari tibbi sığorta ilə bağlı təkliflərə hökumətdə baxılır
  05 Noyabr 2018    Oxunub:1565
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "Tibbi sığorta haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklər hökümətdə müzakirədədir və müxtəlif nazirliklərlə razılaşma mərhələsindədir.
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, bu ilin sonuna qədər layihə parlamentə daxil olacaq.

“Yəqin ki, büdcə müzakirələrindən sonra dekabr ayı ərzində qanuna təklif edilən əlavə və dəyişikliklər Milli Məclisə daxil olacaq. Layihəyə baxılıb, qəbul ediləcək və yanvardan qüvvəyə minəcək”.



Deputat bildirib ki, 2030-cu ilə qədər icbari tibbi sığortanın ölkə ərazisində tam və əhatəli oturuşması nəzərdə tutulub: “İcbari tibbi sığorta sahəsində kifayət qədər təcrübə toplanılıb. 2 ilə yaxın Mingəçevr və Yexlaxda, bir il Ağdaş və Sədərəkdə icbari tibbi sığorta tətbiq olunur və istər xəstələrin qəbulu, istər idarəetmə ilə bağlı çox müsbət nəticələr var. Vətəndaşların xidmətdən məmnunluğu da 100 faizdr. Gələn ildən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət büdcəsindən 250 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Yaxın vaxtlarda qanuna əlavə və dəyişiklər də Milli Məclisə daxil olacaq. Qanunda artıq işləyən vətəndaşların icbari tibbi sığorta haqlarının faizi müəyyənləşəcək. Buna uyğun olaraq işçinin əmək haqqında həmin faizlər tutulacaq. Nəticədə ilbəil agentliyin büdcəsi və paketlərin də həcmi genişləndiriləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Milli-Məclis   Tibbi-Sığorta   Musa-Quliyev  





Xəbər lenti