İcbari tibbi sığorta üçün 224 milyon ayrılacaq

İcbari tibbi sığorta üçün 224 milyon ayrılacaq
  05 Noyabr 2018    Oxunub:2495
“Gələn ilin dövlət büdcəsində İcbari tibbi sığorta üçün 224 milyon manat ayrılması nəzərdə tutulub”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2019-cu ildə İcbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək.

“2020-ci ildən isə İcbari tibbi sığortanın tətbiqinə başlanacaq. Buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: İcbari-tibbi-Sığorta  





Xəbər lenti