ASAN-da vətəndaşlara 320 xidmət göstərilir

ASAN-da vətəndaşlara 320 xidmət göstərilir
  05 Noyabr 2018    Oxunub:1793
"Azərbaycan prezidenti İlham Əliyevin 26 oktyabr fərmanı ilə "ASAN Xidmət" 11 dövlət orqanının 320 xidməti ilə vətəndaşlara xidmət göstərir"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, noyabr ayının 1-dən etibarən vətəndaşlar yeni xidmətlərdən yararlanırlar.

Qeyd edək ki, prezident İlham Əliyevin 26 oktyabr fərmanına qədər vətəndaşlar "ASAN Xidmət" mərkəzlərində 10 dövlət orqanının 300-ə yaxın xidmətindən istifadə edə bilirdilər.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti