Mikayıl Cabbarov əsas məqsədlərini bəyan etdi

 Mikayıl Cabbarov əsas məqsədlərini bəyan etdi
  05 Noyabr 2018    Oxunub:1337
Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsini proqnozlaşdırır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir.

“Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük."

M.Cabbarov qeyd edib ki, vergidənyayınmanın miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib.

"Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmək üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub.",- deyə nazir vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti