Nokauta düşən dünya çempionu öldü - VİDEO

Nokauta düşən dünya çempionu öldü -  VİDEO
  05 Noyabr 2018    Oxunub:4290
Taylandda keçirilən boks yarışında başından ağır zərbə alan italiyalı dünya çempionu idmançı Krisitian Daqio xəstəxanada dünyasını dəyişib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı idmançı Bankokda keçirilən turnirdə taylandlı rəqibi Don Parueangın zərbəsindən sonra nokauta düşüb. Zərbənin təsirindən huşunu itirən və 2 gün öncə xəstəxanaya yerləşdirilən idmançı komadan ayıla bilməyib.

Qeyd edək ki, Muaytai növündə dünya çempionu olan Krisitian Daqio evli olub. 5 yaşlı qız yadigar qalıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Boks  





Xəbər lenti