Azərbaycanda qanunsuz yaşayan 138 əcnəbi saxlanılıb - VİDEO

 Azərbaycanda qanunsuz yaşayan 138 əcnəbi saxlanılıb -  VİDEO
  05 Noyabr 2018    Oxunub:1486
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 nəfər əcnəbi saxlanılıb.
Xidmətdən Azvision.az-a verilən xəbərə görə, onlardan 9 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub. Saxlanılmış 17 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 120 əcnəbinin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Miqrasiya qanunvericiliyini pozan 124 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 14 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti