Sabah bəzi yerlərdə işıq olmayacaq

Sabah bəzi yerlərdə işıq olmayacaq
  06 Noyabr 2018    Oxunub:1963
Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10:30-dan 14:00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə Azvision.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Azvision.az



Teqlər: Azərişıq   Xırdalan  





Xəbər lenti