Dünyanın ən bahalı futbolçuları – SİYAHI

Dünyanın ən bahalı futbolçuları –  SİYAHI
  06 Noyabr 2018    Oxunub:8477
“CİES Football Observatoru” araşdırma mərkəzi dünyanın ən bahalı futbolçularını açıqlayıb.
Azvision.az xəbər verir ki, mərkəzin hesabatına əsasən, "Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusu seçilib. Onun dəyəri 216,5 milyon avro təşkil edir.

Mbappedən sonra ən bahalı oyunçu “Tottenham Hotspur” və İngiltərə yığmasının hücumçusu Harri Keyn hesab edilir (197, 3 milyon avro). İlk üçlüyü Paris klubunun hücumçusu Neymar qapayır (197 milyon avro).

İlk 10-luqda Məhəmməd Salah (“Liverpul”, 173 milyon avro), Filipp Koutinyo (“Barselona”, 171,3 milyon), Lionel Messi (“Barselona”, 170,6 milyon), Rahim Sterlinq (“Mançester Siti”, 164,6 milyon), Romelu Lukaku (“Mançester Yunayted”, 164,3 milyon), Dele Alli (“Tottenham”, 163,4 milyon) və Antuann Qrizman (“Atletiko”, 157,7 milyon) yer alıblar.

Azvision.az



Teqlər: Futbolçu  





Xəbər lenti