Gənc qızlardan məsciddə əxlaqsız hərəkət - VİDEO

  05 Noyabr 2018    Oxunub : 2658
Gənc qızlardan məsciddə əxlaqsız hərəkət - VİDEO
İngiltərədə iki gənc qız müsəlmanları qəzəbləndirən hərəkətə yol veriblər.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, kimliyi açıqlanmayan şəxslər Mançester şəhərində namaz vaxtı məscidə daxil olublar.

Onlar "Mədinə" məscidinin içərisinə donuz ətindən hazırlanmış basdırma və spirtli içki ataraq ərazidən uzaqlaşıblar. Daha sonra məlum olub ki, həmin qızlar tərəfindən məscidin nəzir qutusunun üzərinə seks oyuncaqları qoyulub.

Məscidin imamı ingilis xanımların müsəlmanlara qarşı əxlaqsız hərəkətindən qəzəblənərək onlardan polisə şikayət edib.



Azvision.az

Teqlər: İngiltərə   Məscid