Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır
  06 Noyabr 2018    Oxunub:1651
Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azvision.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.

Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.

Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!

Azvision.az



Teqlər: TV   Radio  





Xəbər lenti