Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır
  06 Noyabr 2018    Oxunub:1602
"İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir"
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyi, həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirinə dair sualı cavablandırarkən deyib.

"Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır"- XİN rəsmisi vurğulayıb.

Azvision.az




Teqlər: XİN  





Xəbər lenti