“Çin, Rusiya və ABŞ-dan özümüzü qorumalıyıq” - Makron

 “Çin, Rusiya və ABŞ-dan özümüzü qorumalıyıq” -  Makron
  06 Noyabr 2018    Oxunub:2468
Fransa prezidenti Emmanuel Makron ABŞ-ın iştirak etmədiyi müstəqil ümumavropa ordusunun yaradılmasını təklif edib.
Azvision.az xəbər verir ki, Makron “Europe 1” radiosunun efirində bu cür təkliflə çıxış edib.

“Biz əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilmərik. Biz, ABŞ olmadan özünü müstəqil şəkildə qoruyan Avropaya sahib olmalıyıq”, – Makron bildirib.

Fransa prezidenti onu da vurğulayıb ki, bu gün Avropa özünün daxili demokratik proseslərinə və kiberməkanına çoxsaylı müdaxilə cəhdlərilə üzləşir: “Biz özümüzü qorumalıyıq! Çindən, Rusiyadan və hətta Amerika Birləşmiş Ştatlarından.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa   Avropa   ABŞ  





Xəbər lenti