İlk “DOST” mərkəzi ilin sonunda açılacaq

İlk “DOST” mərkəzi ilin sonunda açılacaq
  06 Noyabr 2018    Oxunub:1550
“Noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi olacaq”
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək.

Onun sözlərinə görə, ilin sonuna qədər yığımlardan 80 milyon manat qənaət gözlənilir: “Ünvanlı sosial yardım alanlar özünəməşğulluğa cəlb olunacaq. Hazırda özünəməşğulluğa cəlb olunmanın 40 faizi ÜSY-dən keçid edənlərdir. Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var”.

S. Babayev əlavə edib ki, əhaliyə “DOST” xidmətləri vasitəsilə də xidmət göstəriləcək: “Bunun 50 faizini elektron xidmətlər təşkil edəcək. Əksər məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsi vasitəsilə toplanacaq. İlk “DOST” mərkəzinin cari ilin sonunda açılması gözlənilir. Daha 3 mərkəzin paytaxtda açılması nəzərdə tutulub”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Sahil-Babayev  





Xəbər lenti