Əbülfəs Qarayev: “Lazımsız iş yerləri bağlanılır”

 Əbülfəs Qarayev:  “Lazımsız iş yerləri bağlanılır”
  06 Noyabr 2018    Oxunub:1440
"Mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq məsələsi qanunvericilik çərçivəsində həll olunmalıdır"
Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Milli Məclisdə komitələrin büdcə müzakirələrində deyib.

Nazir təklif edib ki, Milli Məclis mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericlik bazası yaratmalıdır.

Ə.Qarayev əlavə edib ki, hazırda mədəniyyət sahəsinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında qətiyyətli addımlar atılıb”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Əbülfəs-Qarayev   Nazir  





Xəbər lenti