Kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib

  06 Noyabr 2018    Oxunub : 324
Kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən, Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, tədbirdə dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələləri, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyi müzakirə olunub.

Azvision.az

Teqlər: MN   Görüş