“Könüllü məşhurlar”ın növbəti qonağı

“Könüllü məşhurlar”ın növbəti qonağı
  06 Noyabr 2018    Oxunub:2912
Sumqayıt regional “ASAN xidmət” mərkəzi 05 noyabr 2018-ci il tarixində “Radio və televiziya işçilərinin peşə bayramı” ilə əlaqədar olaraq “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul edib.
Azvision.az xəbər verir ki, məşhur aparıcı, ASAN Radionun rəhbəri Emin Musavi Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qonağı olub.

“Könüllü məşhur” cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşüb, öz həyat təcrübəsindən, eləcə də radio və televiziya tarixindən və jurnalistika sənətinin əhəmiyyətindən, əldə etdiyi uğurlardan danışıb və könüllülər tərəfindən verilən sualları cavablandırıb.

Çay süfrəsindən sonra “Könüllü məşhur” könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib, vətəndaşlardan sorğu götürüb, Yaşıl ASAN, Əsgərə Məktub layihələrinə dəstəklərini ifadə edib.



Bütün fəaliyyətləri nəzərə alaraq Emin Musavi 05 noyabr 2018-ci il tarixində “Radio və televiziya işçilərinin peşə bayramı” ilə əlaqədar olaraq Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli Şəhadətnamə ilə təltif olunub.

Türkan Məmmədli
Azvision.az



Teqlər:





Xəbər lenti