Məmmədyarov kolumbiyalı diplomatla vidalaşıb

Məmmədyarov kolumbiyalı diplomatla vidalaşıb
  06 Noyabr 2018    Oxunub:1105
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Azvision.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Kolumbiya arasında mövcud olan ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olundu, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulandı. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.

Marta Ines Qalinda Penya diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Marta Ines Qalinda Penyaya təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Azvision.az


Teqlər: XİN   Kolumbiya  





Xəbər lenti